Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur yazıçı vəfat edib

Məşhur yazıçı vəfat edib

Tarix: 11 Sentyabr 2022 22:28

Məşhur ispan yazıçısı Xavyer Marias vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, pnevmoniyadan əziyyət çəkən yazıçı bu gün Madriddəki evində vəfat edib.

Nobel mükafatına namizəd olmuş yazıçı ilk romanını - "Canavar dominyonlar"ı yazanda 17 yaşı var idi.

1986-cı ildə "Sentimental adam"ı, 1988-ci ildə hadisələrin Oksford Universitetində baş verdiyi "Bütün ruhlar"ı, 1992-ci ildə "Bəyaz qəlb" adlı əsərini yazıb. 1994-cü ildə çap olunan romanı olan "Sabahkı döyüşdə özünü düşün" ilə Venesuelanın "Romulo Gallegos" mükafatına layiq görülüb.

Marias həm də tərcüməçilik fəaliyyəti ilə məşğul olub. Nobakov, Şekspir, Folkner kimi məşhur imzaları ispan dilinə çevirən yazıçının 1986-cı ildən bəri yazdığı romanların hamısının qəhrəmanı tərcüməçilər olub.

Milli.Az


Etiketlər:  Məşhur yazıçı vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ