Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalardan narahatdır

Gürcüstan Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalardan narahatdır

Tarix: 13 Sentyabr 2022 12:00

Gürcüstanın hakim "Gürcü Arzusu"partiyası Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalara münasibət bildirib.

Sonxeber.net xəbər verir ki, partiyanın sədri İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə qeyd edib ki, Gürcüstan regionda sülhün təmin edilməsi istiqamətində öz üzərinə düşən rolu oynamağa hazırdır.

"Bizim üçün ən vacib məsələ regionda sülhün təmin edilməsidir. Bu bizim əsas istəyimiz və tapşırığımızdır. Əgər Gürcüstan və gürcü rəsmilər bu məsələdə hər hansı bir rol oynaya bilərsə, əlbəttə biz buna hazırıq. Hər kəs üçün əsas tapşırıq əlbəttə ki, münaqişənin dayandırılması olmalıdır", - deyə Kobaxidze bildirib.


Etiketlər:  Gürcüstan Ermənistan Azərbaycan sərhədində baş verən toqquşmalardan narahatdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ