Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2022 22:56
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, ilk oyun gününə nəzərdə tutulan 7 görüşdən 2-si artıq yekunlaşıb.
C qrupunda İtaliya "İnter"i Çexiyada "Viktoriya" (Plzen) komandasını 2 cavabsız qolla məğlub edib. 20-ci dəqiqədə Edin Dzeko, 71-ci dəqiqədə Denzel Dumfris fərqlənib.
Portuqaliyada "Sportinq" və İngiltərə "Tottenhem"i arasında oynanılan D qrupunun oyununda isə meydan sahibləri eyni hesablı qələbə qazanıb.
Çempionarl Liqası
Qrup mərhələsi, II tur
13 sentyabr
C qrupu
20:45. "Viktoriya" (Plzen, Çexiya) - "İnter" (İtaliya) - 0:2
Qollar: Edin Dzeko, 20. Denzel Dumfris, 71
Qırmızı vərəqə: Pavel Buça, 61 ("Viktoriya")
23:00. "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya)
Xal durumu: "Barselona" - 3. "Bavariya" - 3. "İnter" - 3 (2 oyuna). "Viktoriya" - 0 (2 oyuna).
D qrupu
20:45. "Sportinq" (Portuqaliya) - "Tottenhem" (İngiltərə) - 2:0
Qollar: Juan Paulu Diaş Fernandeş, 90. Artur Qomes, 90+3
23:00. "Marsel" (Fransa) - "Ayntraxt" (Frankurt, Almaniya)
Xal durumu: "Sportinq" - 6 (2 oyuna). "Tottenhem" - 3 (2 oyuna). "Marsel" - 0. "Ayntraxt" - 0.
Qeyd edək ki, günün digər 5 görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.