Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski Kiyevdə qəzaya düşdü

Zelenski Kiyevdə qəzaya düşdü

Tarix: 15 Sentyabr 2022 08:02

Ukrayna Prezidenti Volodimir Zelenskinin korteji Kiyevdə qəzaya uğrayıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Sergey Nikiforov feysbuk hesabında yazıb.

"Kiyevdə Ukrayna Prezidentinin və onu müşayiət edən maşınlar minik avtomobili ilə toqquşub. Prezident həkim müayinəsindən keçib, ciddi xəsarət aşkarlanmayıb", - o yazıb.

Prezident korteji ilə toqquşan minik avtomobilinin sürücüsü isə xəsarət alıb. Prezidenti müşayiət edən həkimlər ona ilkin tibbi yardım göstərib və zərərçəkmişi təcili tibbi yardım maşınına təhvil veriblər.


Etiketlər:  Zelenski Kiyevdə qəzaya düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ