Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mühafizəkar Avstriya xalq partiyası seçkilərdə qalib gəlib

Mühafizəkar Avstriya xalq partiyası seçkilərdə qalib gəlib

Tarix: 30 Sentyabr 2019 00:36

Bakı, Trend:

Avstriyanın keçmiş kansleri Sebastian Kurtsun rəhbərlik etdiyi Mühafizəkar Avstriya Xalq Partiyası erkən seçkilərdə Milli Şurada (parlamentin aşağı palatası) 38.4% səs toplayaraq bazar günü məntəqələrdə seçicilərin verdiyi bütün səsləri saydıqdan sonra qalib gəlib.

Trend-in məlumatına görə, bu barədə Avstriyanın Daxili İşlər Nazirliyi yaydığı rəsmi məlumatda bildirib.

Qeyd edək ki, Avstriyanın Sosial Demokrat Partiyası 21,5% səs toplamaqla ikinci yeri tutur. Üçüncü yerdə Avstriya Azadlıq Partiyası 17,3% səs toplayıb. Yaşıllar partiyası dördüncü yeri tutur - 12,4%, beşinci yerdə isə Yeni Avstriya partiyası məskünlaşıb - 7,4%.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mühafizəkar Avstriya xalq partiyası seçkilərdə qalib gəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ