Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2022 08:38
Rusiya rəhbərliyi ilə gələcək danışıqlar Ukraynanın şərtləri əsasında aparılacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
O vurğulayıb ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri müharibə başa çatdıqdan sonra qüvvədə olacaq və ölkə NATO-ya daxil olana qədər keçid dövrü sayılacaq.
"Müharibə bitənə qədər Rusiya ilə heç bir danışıqlar olmayacaq. Və Rusiya ilə aparılacaq danışıqlar bu gün Rusiyada irəli sürülən şərtlərlə deyil, Ukraynanın şərtləri ilə aparılacaq", - Jdanov bildirib.