Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2022 08:54
Almaniya və onun tərəfdaşları Ukraynaya alman Leopard tanklarının tədarükü ilə bağlı qərarı uzun müddət təxirə salmamalıdır.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Burbok deyib.
Onun sözlərinə görə, müvafiq addımı ancaq birgə razılaşdırmaq olar.
"Bunu yalnız beynəlxalq səviyyədə həll etmək olar. Ukraynanın indi yaşadığı kritik mərhələdə düşünürəm ki, bu qərar uzun müddətə təxirə salınmamalıdır", - deyə Burbok bildirib.