Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zakir Həsənov növbəti dəfə Hulusi Akarla danışıb

Zakir Həsənov növbəti dəfə Hulusi Akarla danışıb

Tarix: 15 Sentyabr 2022 09:09

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub.

General-polkovnik Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının qətiyyətlə alındığını bildirib.

H.Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daima Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb.

Telefon danışığı zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Milli.Az


Etiketlər:  Zakir Həsənov növbəti dəfə Hulusi Akarla danışıb


RƏYLƏR