Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şamaxıdakı Üzüm və Şərab Festivalı təxirə salındı

Şamaxıdakı Üzüm və Şərab Festivalı təxirə salındı

Tarix: 15 Sentyabr 2022 20:15

Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələri sırasında şəhidlərimizin olması ilə əlaqədar 1-2 oktyabr tarixlərində Üzüm və Şərab Festivalının keçirilməsi təxirə salınıb.

Festivalın Təşkilat Komitəsindən verilən məlumata görə, tədbirin proqramında müxtəlif konsert və əyləncə proqramları nəzərdə tutulurdu.

Ermənistanın son təxribatları nəticəsində başlayan döyüş toqquşmaları zamanı həlak olan şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq festivala hazırlıqlar dayandırılmış və tədbirin bu il keçirilməməsi qərara alınıb.

Milli.Az


Etiketlər:  Şamaxıdakı Üzüm Şərab Festivalı təxirə salındı


RƏYLƏR