Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2022 21:48
Azərbaycan əhalisinin əsasən hansı məhsullar aldığı açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin yanvar-avqust aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,4 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Ümumilikdə, qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30,9 milyard manatlıq, o cümlədən 17,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.