Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polislər sürücünü güllələdi - VİDEO

Polislər sürücünü güllələdi - VİDEO

Tarix: 16 Sentyabr 2022 09:46

Koloradoda polislər avtomobiliylə yol kənarında ilişib qalan və 911-ə zəng edən sürücünü güllələyiblər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Kristian Qlassın "Honda Pilot" markalı avtomobili kənd yolunun kənarında qalıb. Kişi fövqəladə xidmətə zəng edərək kömək istəyib. Həvəskar geoloq Qlassın avtomobilinin içərisində bir neçə bıçaq və çəkic olub.

Hadisə yerinə gələn polis əməkdaşları onun maşından çıxmasını tələb ediblər.

Kristian özünü təhlükəsiz hiss etmədiyi üçün çölə çıxmaq istəmədiyini bildirib. Polis bir saatdan çox onu salondan çıxmağa razı sala bilməyib. Nəticədə əməkdaşlar avtomobilin şüşəsini sındırıblar. Bu zaman sürücü bıçağa əl atıb. Bunu görən zabitlərdən biri atəş açıb və Qlass aldığı xəsarətlərdən yerindəcə ölüb.

Polis bildirib ki, sürücü bıçaqla onlara hücum etmək istəyib.

Ekspertiza Qlassın sərxoş olmadığını və narkotik qəbul etmədiyini müəyyən edib. Federal Təhqiqat Bürosuna polisin hərəkətlərinin qanuniliyini yoxlamaq tapşırılıb.


Etiketlər:  Polislər sürücünü güllələdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ