Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa Azərbaycanlıları Koordinasiya Şurası AŞPA Prezidentinə müraciət etdi

Fransa Azərbaycanlıları Koordinasiya Şurası AŞPA Prezidentinə müraciət etdi

Tarix: 16 Sentyabr 2022 19:21

Fransa Azərbaycanlıları Koordinasiya Şurası ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, AŞPA Prezidenti Tini Koksa ünvanlanan müraciətdə Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdikləri hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Nəzərə çatdırılıb ki, Fransada yaşayan Azərbaycan icması beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasətinə görə dərin narahatlıq hissi keçirir. Çünki Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə aparılan normallaşma və sülh danışıqları prosesinə Ermənistanın hər vəchlə mane olmağa çalışdığı açıq-aşkar göz önündədir.

Koordinasiya Şurası AŞPA Prezidentini Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində səylərini artırmağa və əməli addımlar atmağa çağırıb.

Qeyd edək ki, bu müraciət Fransa rəsmilərinə və yerli ictimaiyyət nümayəndələrinə də ünvanlanıb.


Etiketlər:  Fransa Azərbaycanlıları Koordinasiya Şurası AŞPA Prezidentinə müraciət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ