Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2022 07:42
London polisi Vestminstr sarayında xalqla vida mərasimi keçirilən Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin nəşinin olduğu tabuta yaxınlaşmağa cəhd edən şəxsi saxlayıb.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə "Sky News" telekanalı hadisə şahidlərinə istinadən məlumat yayıb.
Hadisə şahidi Treysi Holland bildirib ki, naməlum şəxs tabutun yanına qaçmaöa, standartı qoparıb nəsə etməyə çalışıb. Polis həmin şəxsi saxlayıb.
"16 sentyabr cümə günü təxminən saat 22:00-da (Bakı vaxtı ilə 17 sentyabr saat 01:00) paytaxtın parlamentarilərin və diplomatların müdafiəsi üzrə polis bölməsinin üzvləri Vestminstrdə asayişi pozduqdan sonra bir nəfəri saxlayıblar", - London hüquq-mühafizə orqanları rəsmiləri bildiriblər.