Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2022 11:10
Türkiyə televiziyasında yayımlanan "Söylemesem" verilişinin iddialarına görə, Özcan Dəniz keçmiş həyat yoldaşı Feyza Aktanla evli olduğu vaxt Samar Dadgar adlı iranlı qadınla görüşməyə başlayıb.
Sonxeber.net bizim media-ya istindən xəbər verir ki, Feyza sosial şəbəkə hesabında qalmaqallı məsələyə aydınlıq gətirib.
O yayılan xəbərləri yazdığı sözləri ilə təsdiqləyib:
"Xəbər doğrudur. Uzun zamandır bildiyim, lakin dilə gətirmədiyim bir mövzudu. Məndən olsaydı, yenə də gizli qalıb və beləcə davam edərdi. Bu nə cəfəngiyatdır! Hansı haqla?
"Bir gənc qadının həyatı" mövzusundakı həssaslıq kaş ki mənim həyatımda da göstərilsəydi. Mənim də həyatım var. Mən o həyatı yaşamaq istəyirəm", - deyə F.Aktan bildirib.
Qeyd edək ki, hazırda Özcan Dəniz özündən 24 yaş kiçik iranlı Samar Dadgarla eşq yaşayır.