Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elnur Məmmədov şəhidlərimizin məzarını ziyarət etdi - FOTO

Elnur Məmmədov şəhidlərimizin məzarını ziyarət etdi - FOTO

Tarix: 17 Sentyabr 2022 18:10

Müğənni Elnur Məmmədov sentyabrın 13-də Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar nəticəsində şəhid olmuş əsgərlərimizin məzarlarını ziyarət edib.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında şəhid Səbuhi Əhmədovun məzarını ziyarəti zamanı çəkilən görüntüləri paylaşıb.

"Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhunuz sad olsun", - deyə E.Məmmədov paylaşımında şərh yazıb.

Elnur həmçinin İkinci Qarabağ müharibəzi zamanı şəhid olan polkovnik-leytenant Rəşad Atakişiyev, Milli qəhrəman Mübariz İbrahimov, əsgər Elvin Babayevin məzarlarını ziyarət edib.

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib. Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 77 şəhid verib.

Milli.Az


Etiketlər:  Elnur Məmmədov şəhidlərimizin məzarını ziyarət etdi FOTO


RƏYLƏR