Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa çempionatı: Azərbaycan medal sıralamasında birinci olub

Avropa çempionatı: Azərbaycan medal sıralamasında birinci olub

Tarix: 17 Sentyabr 2022 22:04

Kişi cüdoçulardan ibarət Azərbaycan millisi Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında medal sıralamasında birinci olub.

Sonxeber.net bildirir ki, komanda yarışı 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.

Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medala sahib çıxıb.

Azərbaycan yığması ümumi komanda hesabında isə ikinci yerlə kifayətlənib.

Sentyabrın 18-də qitə birinciliyində qarışıq komanda yarışları keçiriləcək. Azərbaycan millisinin ilk görüşdə rəqibi Avstriya yığması olacaq.


Etiketlər:  Avropa çempionatı Azərbaycan medal sıralamasında birinci olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ