Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göyçayda 14 yaşlı qız həşərat dərmanı içərək ölüb

Göyçayda 14 yaşlı qız həşərat dərmanı içərək ölüb

Tarix: 19 Sentyabr 2022 11:34

Göyçayda 14 yaşlı yeniyetmə zəhərlənərək ölüb.

Sonxeber.net xəbər verir ki, rayonun Qaraxıdır kənd sakini, 2008-ci il təvəllüdlü Günəş Salikova yaşadığı evin həyətində yerləşən istixanada zərərverici həşəratların məhv edilməsi üçün qoyulmuş zəhəri içib.

O, pomidor şitillərinə vurulmaq üçün şirə şüşəsinə doldurulmuş mayeni, sərinləşdirici içki ehtimal edib.

Nəticədə 14 yaşlı qız ölüb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Göyçayda yaşlı qız həşərat dərmanı içərək ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ