Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2022 10:02
Bakıda keçmiş polis əməkdaşı intihar edib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, vaxtilə Səbail Rayon Mühafizə İdarəsində serjant rütbəsində xidmət etmiş Şahin Hüseynov ötən gecə yaşadığı evdə özünü asıb.
İlkin ehtimalallara görə, onun intiharına səbəb xəstəliyi olub.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü Ş.Hüseynov bir müddət əvvəl səhhətindəki problemlərlə əlaqədar öz xahişi ilə daxili işlər orqanlarından xaric olunub.
Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya təsdiq ediblər.
Araşdırma aparılır.