Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2022 10:56
İraqda Ərbəin mərasimi zamanı 100-ə yaxın İran vətəndaşı həlak olub.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Bağdaddakı səfiri Məhəmməd Kazem as-Sadek açıqlayıb.
Onun sözlərinə görə, sözügedən İran zəvvarları yol-nəqliyyat hadisələri, xəstəlik və yaxud yaşlarının çox olması səbəbindən dünyalarını dəyişib.
O bildirib ki, bu il Kərbəla şəhərinə rekord sayda, yəni təqribən 3 milyon iranlı zəvvar gedib.
İraq rəhbərliyinin rəsmi məlumatına görə isə, bu il ölkədə Ərbəin mərasimində 21 milyondan çox insan iştirak edib.