Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda naməlum şəxs avtobusa hücum edib şüşələrini sındırdı - VİDEO

Bakıda naməlum şəxs avtobusa hücum edib şüşələrini sındırdı - VİDEO

Tarix: 20 Sentyabr 2022 12:36

Bakıda naməlum şəxs marşrut avtobusuna hücum edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib. Orta yaşlı şəxs səhər saat 06:30 radələrində 85 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobusa yaxınlaşaraq sürücüyə qarşı xuliqanlıq hərəkətləri edib. O, sürücüyə və avtobusa zərbələr endirib. Nəqliyyat vasitəsinin şüşələrini sındırıb.

Baş vermiş hadisə ilə bağlı polisə müraciət edilib. Araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda naməlum şəxs avtobusa hücum edib şüşələrini sındırdı VİDEO


RƏYLƏR