Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2019 13:52
"Barselona"nın gənc futbolçusu Ansu Fati İspaniya millisinə çağırılıb.
Qol.az "AS" nəşrinə istinadən xəbər verir ki, 16 yaşlı yarımmüdafiəçi baş məşqçi Robert Morenonun 40 nəfərlik genişləndirilmiş siyahısında yer alıb.
Bu yaxınlarda İspaniya pasportu alan qvineya-bissaulu futbolçu ilk dəfədir A millisinə çağırılır. O, bundan əvvəl Braziliyada keçiriləcək U-17-lərin dünya çempionatı üçün İspaniya yığmasının 50 nəfərlik ilkin heyətinə də daxil edilmişdi.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Fati bu mövsüm La Liqada 5 oyuna 2 qol vurub, 1 məhsudlar ötürmə edib.