Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2022 10:44
Ukraynadakı Rusiya qüvvələri üçün vəziyyət kifayət qədər acınacaqlıdır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musienko deyib.
"Ukrayna müdafiə qüvvələrinin Xarkov istiqamətində effektiv əks-hücum keçirməsindən sonra hərəkatın davam etdiyini görürük. Xarkov istiqaməti ilə yanaşı, Donetsk vilayətində də yaşayış məntəqələri azad edilib. Döyüşlər davam edir. Bundan əlavə, biz Ukrayna qüvvələrinin Xerson vilayətinin sağ sahilində əks-hücumunu görürük. Ordu Xarkov yaxınlığındakı qədər sürətlə olmasa da, davam edir. Rusiya qoşunları blokadada qalıb. Ukrayna Silahlı Qüvvələri təkcə körpüləri deyil, bərə keçidlərini də atəş nəzarətinə götürüb", - ekspert qeyd edib.