Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum dəyişir - Milli Məclis təsdiq etdi

Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum dəyişir - Milli Məclis təsdiq  etdi

Tarix: 30 Sentyabr 2019 16:12

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılır.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.

Dəyişiklik müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Qanuna dəyişiklik Milli Məclis tərəfindən 3-cü oxunuşda təsdiq olunduqdan sonra, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum dəyişir Milli Məclis təsdiq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ