Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Güneyli fəal həbs edildi - FOTO

Güneyli fəal həbs edildi - FOTO

Tarix: 23 Sentyabr 2022 20:32

"Güney Azərbaycan" hərəkatının fəalı Möhsün Möhsünzadə sentyabrın 21-də Ərdəbil şəhərinin Ciral parkında İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulub.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Güneyli fəal həbs olunarkən döyülüb və onun hara aparılması barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, İranın şəhərlərində Məhsa Əmininin ölümündən sonra baş verən etiraz və iğtişaşlarda 17 nəfər ölüb, 95 nəfər yaralanıb, xeyli insan saxlanılıb.

Milli.Az


Etiketlər:  Güneyli fəal həbs edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ