Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2022 23:12
Ukrayna Xarici İşlər Nazirliyi Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə əsir mübadiləsindən sonra ölkəyə qaytarılan 215 ukraynalıya görə bu ölkəyə təşəkkür edib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, XİN-in açıqlamasında Prezident Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə 215 hərbi əsirin Ukraynaya qaytarıldığı deyilib.
"Ukrayna 215 nəfərin Rusiya əsirliyindən geri qaytarılmasını mümkün edən vasitəçilik səylərinə görə Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana minnətdardır. Biz bu dəstəyi çox yüksək qiymətləndiririk", - açıqlamada bildirilib.
Prezident Ərdoğan bundan əvvəl rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Vladimir Zelenski ilə apardığı danışıqlar nəticəsində 200 əsirin azad edildiyini açıqlayıb.