Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zakir Həsənov Hulusi Akarla telefonla danışdı

Zakir Həsənov Hulusi Akarla telefonla danışdı

Tarix: 24 Sentyabr 2022 19:36

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən bildirilib ki, general-polkovnik Z.Həsənov həmkarını Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli tədbirlərdən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində aparılan işlər barədə ətraflı məlumatlandırıb.

H.Akar Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanı dəstəklədiyini və daim yanında olduğunu xüsusi qeyd edib.
Telefon danışığı zamanı həmçinin Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Milli.Az


Etiketlər:  Zakir Həsənov Hulusi Akarla telefonla danışdı


RƏYLƏR