Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rabitəbank region sahibkarlarına dəstəkdir (FOTO)

Rabitəbank region sahibkarlarına dəstəkdir (FOTO)

Tarix: 30 Sentyabr 2019 19:30

Bakı. Trend:

Rabitəbank regionlarda sahibkarları maarifləndirməyə və onlara dəstək olmağa davam edir!

Bankdan Trend-ə verilən məlumata görə, Şamaxı şəhərində Rabitəbankın təşkilatçılığı ilə, AKİA, KOB dostu Şamaxı nümayəndəliyi, Şamaxı rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Dağlıq Şirvan iqtisadi regionunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirdi. Görüşün əsas məqsədi, ölkədə sahibkarlara yaradılan imkanlar və Rabitəbankın bu istiqamətdə təqdim etdiyi məhsulları təqdim etməkdir.

Bankın səlahiyyətli nümayəndələri iştirakçılar tərəfindən verilən sualları cavablandırmış və ümumi müzakirələr aparmışdır.

Qeyd edək ki, Rabitəbank Aqrar Kredit və İnkişaf Agentliyinin“Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” – nin agent bankı kimi seçilmişdir.

Ölkənin ilk müstəqil və rəqəmsal həllər təklif edən banklarından biri Rabitəbank, 25 xidmət məntəqəsi, 68 ATM və RabitabankBot ilə müştərilərin xidmətindədir. Bankın xidmət və məhsulları haqqında məlumat almaq üçün www.133.az saytına daxil ola və ya 133 qısa nömrəsinə zəng edə bilərsiniz.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Rabitəbank region sahibkarlarına dəstəkdir (FOTO) Rabitəbank region sahibkarlarına dəstəkdir (FOTO) Rabitəbank region sahibkarlarına dəstəkdir (FOTO) Rabitəbank region sahibkarlarına dəstəkdir (FOTO) Rabitəbank region sahibkarlarına dəstəkdir (FOTO) Rabitəbank region sahibkarlarına dəstəkdir (FOTO)


Etiketlər:  Rabitəbank region sahibkarlarına dəstəkdir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ