Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Berluskoni İtaliya Senatına seçkilərdə qalib gəlir

Berluskoni İtaliya Senatına seçkilərdə qalib gəlir

Tarix: 26 Sentyabr 2022 08:16

İtaliyanın keçmiş baş naziri, İrəli, İtaliya Partiyasının rəhbəri Silvio Berluskoni İtaliya Senatına seçkilərdə özünün birmandatlı dairəsində liderlik edir.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin ilkin məlumatında qeyd olunub.

S.Berluskoni parlamentin yuxarı palatasına namizədliyini Montsa şəhərində irəli sürüb. Siyasətçi Lombardiya vilayətinin şimal bölgəsində yerləşən bu şəhərin eyniadlı futbol klubuna sahiblik edir.

Dairədən bülletenlərin az qala onda birinin hesablanmasına görə, Berluskoni 48 % səs toplayır və ən yaxın təqibçisini, demək olar, 20 % qabaqlayır.

Milli.Az


Etiketlər:  Berluskoni İtaliya Senatına seçkilərdə qalib gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ