Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2022 15:10
Tovuzun Əyyublu kəndində yaşayan aztəminatlı Məmmədovlar ailəsinin sosial yardımı dayandırılıb.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Məmmədovlar ailəsi 2016-cı ildə ünvanlı dövlət sosial yardım üçün aidiyyəti üzrə elektrok qaydada müraciət edib.
Ailə cəmi bir il yardımdan faydalana bilib.
Daha sonra yardım dayandırılıb. Ailə başçısı Nizaməddin Məmmədov qeyd edib ki, səbəb kimi müvafiq elektron sistemdə adında nəqliyyat vasitəsinin aşkarlanması göstərilib.
Nizaməddin Məmmədovun sözlərinə görə, araşdırmalarından sonra məlum olub ki, sistemdə ona aid olduğu göstərilən avtomobil əslində eyni adlı həmkənlisinə məxsusdur.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, Nizaməddin Məmmədov mülkiyyətində nəqliyyat vasitəsinin olmaması haqqında arayışı qurumun yerli qəbul şöbəsinə təqdim edib. Bundan sonra yenidən elektron müraciət olunub və 15 iş günü ərzində müvafiq qərar qəbul olunaraq vətəndaşın nömrəsinə göndəriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: