Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2022 23:12
NATO və Avropa İttifaqı (Aİ) təhlükəsizlik sahəsində əməkdaşlığı vurğulayacaq yeni birgə bəyanat yaymağı hədəfləyir.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq və Aİ Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə Aİ Komissiyasının binasında görüşüblər.
Görüşdən sonra sosial mediada birgə bəyanat verilib.
Açıqlamaya görə, görüş zamanı Rusiya-Ukrayna müharibəsi və Ukraynaya dəstəyin artırılması müzakirə edilib.
"NATO-Avropa İttifaqı əməkdaşlığı təhlükəsizlik və sabitliyə töhfə verir. Bu səbəbdən biz tərəfdaşlığımızı irəli aparacaq yeni birgə bəyanatla razılaşmağın vaxtının yetişdiyinə inanırıq", - bəyanatda deyilir.