Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vladimir Putinə açıq məktub: “ABŞ və NATO kimi siz də...”

Vladimir Putinə açıq məktub: “ABŞ və NATO kimi siz də...”

Tarix: 27 Sentyabr 2022 21:14

Britaniyalı musiqiçi, "Pink Floyd"un həmtəsisçisi Rocer Uoters Rusiya prezidenti Vladimir Putinə açıq məktub yazıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Uoters Ukraynadakı vəziyyətlə bağlı prezidentə bir sıra suallar ünvanlayıb.

Musiqiçi Putinin Ukraynadakı münaqişəyə son qoymaq istəyib-istəmədiyini soruşub.

Onun fikrincə, əgər prezident Rusiyanın Krım, Donetsk və Luqanskın rusdilli əhalisinin təhlükəsizliyini təmin etməkdən başqa digər ərazi maraqlarının olmadığını desəydi, bu, ona kömək edərdi.

"Bilirəm ki, ABŞ və NATO tərəddüd etmədən bir neçə barel neft üçün digər suveren dövlətləri işğal edirlər. Ancaq bu o demək deyil ki, siz də eyni şeyi etməlisiniz".

Qeyd edək ki, Uoters bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelenaya da açıq məktub yazaraq Kiyevə Qərb silahlarının verilməsinə qarşı çıxıb.

Zelenskaya sənətçiyə cavab verib və ona Rusiya lideri Vladimir Putindən sülh istəməyi tövsiyə edib.

Milli.Az


Etiketlər:  Vladimir Putinə açıq məktub ABŞ NATO kimi siz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ