Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bahalı mobil telefonları ucuz qiymətə satan tutuldu

Bahalı mobil telefonları ucuz qiymətə satan tutuldu

Tarix: 29 Sentyabr 2022 07:36

Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları ucuz qiymətə satışa çıxarmaqla kütləvi dələduzluq əməllərində şübhəli bilinən 2004-cü il təvəllüdlü Camal Əliquliyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, o, ucuz qiymətə satışa çıxardığı mobil telefonları almaq istəyən şəxsləri aldatmaqla "beh" adı altında 200, 300 manat və digər məbləğləri onlayn ödənişlə mənimsəyib.

Araşdırmalar davam etdirilir.

"Vətəndaşlara tövsiyə edirik ki, pul vəsaitlərini hansısa məhsulun alınması ilə tanımadığı şəxslərin təqdim etdiyi bank hesablarına köçürməsinlər", - məlumatda qeyd edilib.

Milli.Az


Etiketlər:  Bahalı mobil telefonları ucuz qiymətə satan tutuldu


RƏYLƏR