Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il 397 vəzifəli şəxs haqqında cinayət işi məhkəmə məsuliyyətinə verilib

Bu il 397 vəzifəli şəxs haqqında cinayət işi məhkəmə məsuliyyətinə verilib

Tarix: 1 Oktyabr 2019 11:02

Bakı. Samir Əli - Trend:

Bu ilin 9 ayı ərzində prokurorluq orqanları tərəfindən 397 vəzifəli şəxs haqqında korrupsiya cinayətləri törətdiklərinə görə, 250 cinayət işi məhkəmə məsuliyyətinə verilib.

Trend-in məlumatına görə, bunu Baş Prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu prosesdə dövlətə dəymiş 18 milyon manat vəsait ödənilib. Hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında 127 cinayət işi istintaq olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  vəzifəli şəxs haqqında cinayət işi məhkəmə məsuliyyətinə verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ