Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış repçi vəfat etdi

Tanınmış repçi vəfat etdi

Tarix: 29 Sentyabr 2022 09:10

Amerikalı aktyor və tanınmış repçi Kulio (Coolio) 59 yaşında vəfat edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, musiqiçinin meneceri Carezin sözlərinə görə, repçi dostunun evində vanna otağına gedib və uzun müddət geri qayıtmayıb. Ev sahibi onun arxasınca gedəndə repçinin yerdə uzandığını görüb.

Musiqiçinin dostu təcili yardım çağırıb və onun öldüyü məlum olub.

İlkin məlumata görə, Kulio ürək tutmasından həyatını itirib.

Hip-hop ifaçısı yaradıcılıq karyerasına 80-ci illərin sonlarında başlayıb. O, Cennifer Fayferlə "Dangerous Thoughts" filminin "soundtrackına" çevrilən "Gangsta's Paradise" treki sayəsində dünya şöhrəti qazanıb. Bu mahnı 1995-ci ildə reperlər Kulio və L.V. tərəfindən yazılıb. İfasına görə repçi Qremmi mükafatına layiq görülüb.


Etiketlər:  Tanınmış repçi vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ