Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2022 19:32
"Ölüm haqqında tibbi şəhadətnamə" bundan sonra elektron qaydada veriləcək.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"nda dəyişiklik edilməsinə dair qərar qəbul edib.
Dəyişikliyə əsasən, şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü millət vəkili Müşfiq Məmmədli bildirib ki, dəyişikliyin məqsədi vətəndaşlar üçün əlçatanlığın təmin olunmasıdır.
Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə biləcək.
Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: