Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2019 12:56
Rusiyanın gənclərdən ibarət yığma komandasının məşqçisi Nikolay Koçeşkov 2013-cü ildə Avropa çempionu olan U-17 komandasındakı oyunçuların hazırkı durumundan danışıb.
Qol.az-ın "Biznes Online"a istinadən yaydığı xəbərə görə, o, həmin vaxt Rusiyanın U-17 komandasında oynayan millimizin futbolçusu Ramil Şeydayev və Moskva "Spartak"ında çıxış edən azərbaycanlı Ayaz Quliyevi də xatırladıb:
"U-17 oynamış Aleksandr Qolovin və Dmitri Barinovdan başqa, Rifat Cəmaləddinov, Ayaz Quliyev və Anton Mitryuşkin də var. Ramil Şeydayev indi "Dinamo"da oynayır.O, komandamızın ən yaxşı bombardiri idi. Həqiqətən 5 il bu komandadan istifadə etdik. Onlarla ildə 5-6 dəfə görüşürük".
Qeyd edək ki, Rusiyanın U-17 komandası 2013-cü ildə Avropa çempionu olub.Həmin komandanın heyətində Ramil Şeydayev də yer alıb.