Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın Almaniyadakı səfiri XİN-ə çağırılıb

Rusiyanın Almaniyadakı səfiri XİN-ə çağırılıb

Tarix: 2 Oktyabr 2022 22:24

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə DPA agentliyi Almaniya Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.

İlkin məlumata görə, Almaniya hökuməti Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsinə bu yolla reaksiya verib. Diplomatın "çox yaxın vaxtda" Almaniya XİN-də olması gözlənilir.

Milli.Az


Etiketlər:  Rusiyanın Almaniyadakı səfiri XİN ə çağırılıb


RƏYLƏR