Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Oskar''da qalmaqallı çıxışı edən aktrisa vəfat edib

''Oskar''da qalmaqallı çıxışı edən aktrisa vəfat edib

Tarix: 4 Oktyabr 2022 17:32

Aktrisa Saçin Littlfezer vəfat edib.

Milli.Az bildirir ki, bu haqda "Deadline" xəbər verib.

Aktrisa 75 yaşında dünyasını dəyişib. Ölümün səbəbi açıqlanmayıb.

Littlfezer yerli amerikalı olub. 1973-cü ildə Oskar mərasimi zamanı Saçin səhnəyə çıxıb və aktyor Marlon Brandonun adından çıxış edib onun mükafatından imtina edib. Hər şey "Xaç atası" filmində Vito Korleone roluna görə mükafat almalı olan sənətçinin özünün istəyi ilə baş verib.

Littlfezer çıxışında Hollivudu Amerikanın yerli xalqlarına qarşı ədalətsiz davranmaqda ittiham edərək ictimaiyyəti qəzəbləndirib. Bildirilib ki, bu, peyk vasitəsilə bütün dünyaya yayımlanan ilk mərasim olub. Littlfezerin gecə libası olmadığı üçün o, Marlonun ona məsləhət verdiyi kimi, tədbirə maral dərisini geyinərək çıxıb.

Aktrisanın sözlərinə görə, qalmaqallı çıxışından sonra o Hollivudun qara siyahısına düşüb. 2022-ci ilin avqustunda Kino Sənəti və Elmləri Akademiyası Saçindən rəsmi üzr istəyib.

Littlfezerin iştirak etdiyi filmlər "Günəşi vur" (1978), "Qış şahini" (1975), "Conni alovlu bulud" (1975), "Billi Cekin prosesi" (1974) və s. olub.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Oskarda qalmaqallı çıxışı edən aktrisa vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ