Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bavariya” “Viktoriya”ya şans vermədi, “Marsel” ilk qələbəsini qazandı

“Bavariya” “Viktoriya”ya şans vermədi, “Marsel”  ilk qələbəsini qazandı

Tarix: 5 Oktyabr 2022 00:02

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.

ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan 2-si artıq başa çatıb.

C qrupunda Almaniya "Bavariya"sı evdə Çexiyanın "Viktoriya" (Plzen) komandasını darmadağın edib.

D qrupunda isə "Marsel" Fransada Portuqaliya "Sportinq"inə qalib gəlib.

Bu, meydan sahiblərinin qrup mərhələsində ilk qələbəsi olub.

Çempionlar Liqası
Qrup mərhələsi, III tur
4 oktyabr

C qrupu

"Bavariya" (Almaniya) - "Viktoriya" (Plzen, Çexiya) - 5:0
Qollar: Leroy Sane, 7; 51 Serj Qnabri, 13. Sadio Mane, 21. Erik Şupo-Motinq, 59

D qrupu

"Marsel" (Fransa) - "Sportinq" (Portuqaliya) - 4:1
Qollar: Aleksis Sançes, 13. Amin Arit, 16. Leonardo Belyerdi, 28. Şansel Mbemba, 84 - Fransişku Trinkan, 1
Qırmızı vərəqə: Antonio Adan, 23 ("Sportinq")

Milli.Az


Etiketlər:  Bavariya Viktoriyaya şans vermədi Marsel ilk qələbəsini qazandı


RƏYLƏR