Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ana uşağın meyitini iki həftə mənzildə saxlayıb

Ana uşağın meyitini iki həftə mənzildə saxlayıb

Tarix: 5 Oktyabr 2022 01:04

Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin Noginsk şəhəri üzrə istintaq şöbəsinin müstəntiqi 11 yaşlı oğlanın cəsədinin tapılması ilə bağlı istintaq öncəsi yoxlama təşkil edib.

Sonxeber.net bildirir ki, Rusiya mətbuatında yayılan məlumata görə, ana iki həftə öz övladının meyitini mənzildə saxlayıb.

"İstintaqın ilkin məlumatlarına görə, 2022-ci il oktyabrın 1-də Noginsk şəhərindəki mənzildə zorakı ölüm əlamətləri olmayan yeniyetmənin meyiti tapılıb. Oğlan anası ilə yaşayırdı və sağlığında ağır xroniki xəstəliklərdən əziyyət çəkirdi. Hazırda uşağın ölümünün səbəbi və şəraitin müəyyən edilməsi istiqamətində yoxlama tədbirləri həyata keçirilir", - məlumatda deyilir.

Müstəntiqlər oğlanın anası, qohumları və qonşuları ilə söhbət aparıb, ailənin yaşayış şəraitini öyrəniblər. Məhkəmə-tibbi ekspertizası təyin edilib. Yoxlama prosessual qərar veriləcək.

"MK"-nın məlumatına görə, iki həftə yarım əvvəl zorakı ölüm əlamətləri görünməyən vəfat edən oğlanın meyiti çağırışla gələn həkimlər tərəfindən aşkar edilib.

"Mən özüm də nə baş verdiyini bilmirəm, çünki o öldü. Deyə bilmərəm ki, bu qədər uzun müddət niyə heç kimə zəng etmədim. Bəlkə də bu barədə kiməsə danışmaqdan qorxdum. Yalnız indi anladım ki, gərək bu haqda kiməsə xəbər verməli idim", - deyə mərhum yeniyetmənin anası vəziyyəti şərh edib.

İrfan Vəliyev


Etiketlər:  uşağın meyitini həftə mənzildə saxlayıb


RƏYLƏR