Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bolqarıstanda seçkilər: koalisiya qüvvələri qalib gəldi

Bolqarıstanda seçkilər: koalisiya qüvvələri qalib gəldi

Tarix: 6 Oktyabr 2022 08:32

Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərində Demokratik Qüvvələr İttifaqı ilə koalisiyada olan Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşları Partiyası qalib gəlib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu brifinqdə Bolqarıstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Kameliya Neykova bildirib.

Onun sözlərinə görə, seçicilərin 25,33%-nin (onlara 634 627 nəfər səs verib - red.) səsini qazanan blok 67 deputat mandatı əldə edəcək. Seçicilərin 20,2%-i (506 099 nəfər - 53 mandat) "Dəyişikliklərə davam edirik" koalisiyasına, 13,76%-i (344 512 - 36 mandat) Hüquq və Azadlıq Hərəkatına və digər siyasi qüvvələrə səs verib.

Bolqarıstanın 48-ci Milli Məclisinin deputatlarının növbədənkənar seçkilərində seçicilərin 39,41 faizi, ümumilikdə 2 milyon 501 min 963 nəfər iştirak edib.

Milli.Az


Etiketlər:  Bolqarıstanda seçkilər koalisiya qüvvələri qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ