Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynadan Avropaya 7,6 milyondan çox qaçqın gedib

Ukraynadan Avropaya 7,6 milyondan çox qaçqın gedib

Tarix: 6 Oktyabr 2022 08:34

Fevralın 24-də müharibə başlayandan bugünədək Ukraynadan Avropaya ümumilikdə 7,6 milyondan çox qaçqın üz tutub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) məlumat yayıb.

Onlardan 4,2 milyondan çoxu milli müdafiə və yardım proqramları çərçivəsində qeydə alınıb.

Hesablamalara görə, bir həftə ərzində ukraynalı qaçqınların sayı 108 min nəfərdən çox artıb.

Ən çox qaçqın qəbul edən ölkələr Rusiya, Polşa, Almaniya, Çexiya, İtaliya, İspaniya, Türkiyə, Bolqarıstan, Böyük Britaniya və Fransadır.

Ümumilikdə müharibə başlayandan indiyədək qonşu ölkələrə 13 736 198 nəfər insan gəlib.

Milli.Az


Etiketlər:  Ukraynadan Avropaya 76 milyondan çox qaçqın gedib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ