Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Quba polisindən əməliyyat: saxlanılan var

Quba polisindən əməliyyat: saxlanılan var

Tarix: 7 Oktyabr 2022 10:12

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Səməd Pərvini saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də S.Pərvininin barəsində cinayət işi başlanılıb.

Milli.Az


Etiketlər:  Quba polisindən əməliyyat saxlanılan var


RƏYLƏR