Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polislə futbol azarkeşləri arasında toqquşma: Ölən var - VİDEO

Polislə futbol azarkeşləri arasında toqquşma: Ölən var - VİDEO

Tarix: 7 Oktyabr 2022 15:06

Futbol üzrə Argentina çempionatının "Ximnasiya və Esqrima" - "Boka Xuniors" oyununda azarkeşlərlə təhlükəsizlik qüvvələri arasında toqquşma olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, insident bəzi azarkeşlərin biletlərinin olmasına baxmayaraq stadiona buraxılmamasından sonra başlayıb.

Nəticədə azarkeşlər stadionun əməkdaşlarına hücum edib və polis təhlükəsizliyi təmin etmək məqsədi ilə rezin güllə və gözyaşardıcı qazdan istifadə edib.

Qarşıdurma nəticəsində azarkeşlərdən biri həyatını itirib.

Olaylarla əlaqədar oyunun baş hakimi qarşılaşmanı doqquzuncu dəqiqədə saxlayaraq matçı təxirə salıb.

Milli.Az


Etiketlər:  Polislə futbol azarkeşləri arasında toqquşma Ölən VİDEO


RƏYLƏR