Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2022 15:55
Aparıcı Aytən Səfərovanın həmkarı Mətanət Əliverdiyeva ilə bağlı paylaşımı diqqət çəkib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aparıcı 4 il əvvəl "Maşın" şouda qalmaqal yaşadığı həmkarını təbrik edib.
"Yaxşı ki, yeniden bir kollektivdəyik. 16 ildir bir-birimizlə sevincli ve kədərli günlərimizi bölüşmüşük. Sənə sidq ürəkdən uğurlar arzulayıram, Mətiş" deyə, Aytən Mətanətlə birgə çəkdirdiyi fotoya yazıb.
Qeyd edək ki, 2018-ci ildə "Maşın" şouda Aytənlə Mətanət arasındakı dava reklam fasiləsi zamanı da davam edib. Hətta Mətanət əlində olan stəkandakı suyu Aytənin üzünə çırpıb. Aytən isə nə edəcəyini bilməyib və Mətanətə sadəcə "Ayıb olsun" söyləyib. Həmin verilişdə bəzi kadrlar efirə verilməmişdi.