Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2022 20:36
Türkiyənin Sarıyer rayonunda özəl qızlar yataqxanasında qalan əcnəbi tələbə faciəvi şəkildə həyatını itirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə səhər saat 07 radələrində Sarıyer Ayazağada özəl qızlar yataqxanasında baş verib. İddiaya görə, Sabahattin Zaim Universitetinin 24 yaşlı tələbəsi Maha İbrahim Ömər naməlum səbəbdən yataqxananın eyvanından yıxılıb. Dəmir barmaqlıqlara ilişib qalan Somali əsilli gənc qız dəhşətli şəkildə can verib.
Hadisə yerinə polis, təcili yardım və tibb qrupları gəliblər. Yanğınsöndürənlərin cəhdlərinə baxmayaraq, qızın meyitini məhəccərlərdən çıxarmaq mümkün olmayıb. Məhəccərlər kəsilərək qızın meyiti ilə birlikdə təcili yardım maşınına yerləşdirilib. Hadisə yerində olan tibb işçilərindən birinin vəziyyəti gördüyü mənzərədən pisləşib. Tibb işçisinə iş yoldaşları təcili müdaxilə ediblər.
Ətrafdakı vətəndaşlar hadisəni heyrətlə izləyiblər. Yataqxanada olan tələbələrdən bəziləri dindirilmək üçün polis bölməsinə aparılıblar. Bəzi tələbələr də əşyalarını yığaraq yataqxanadan çıxıblar.
Hadisə ilə bağlı istintaq davam edir.