Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2019 15:36
Bakı. Trend:
"Volvo" şirkəti Rusiyada 4,5 minə yaxın avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, qərar avtomobillərin mühərrikində qeydə alınan qüsurla əlaqədardır.
Qeyd olunur ki, mühərrikin plastmass kollektoru bəzi hallarda əriyə bilər, bu isə mühərrik bölümündə yanğına səbəb olar.
Geri çağırılma 2014-2019-cu illərdə Rusiyada satılmış XC70, XC60, S80, "V60 Cross Country", XC90 və "V90 Cross Country" modellərinə şamil olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin