Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa ölkələri Belarusa da sanksiya tətbiq edilməsini təklif edir

Avropa ölkələri Belarusa da sanksiya tətbiq edilməsini təklif edir

Tarix: 15 Oktyabr 2022 08:44

Bəzi Avropa ölkələri Rusiya ilə paralel olaraq Belarusa da sanksiya tətbiq edilməsini təklif edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Polşa, Litva, Latviya və Estoniya müvafiq layihəni Avropa Komissiyasına təqdim edib.

Layihə mətnində Rusiyaya tətbiq edilmiş sanksiyaların Belarusa münasibətdə sinxronlaşdırılması təklif edilir. Müəlliflərin fikrincə, sanksiya tətbiq olunaraq rəsmi Minsk Rusiyaya dəstəyini dayandıracaq. Eyni zamanda Rusiya Belarus vasitəsi ilə sanksiyalardan yayına bilməyəcək.

Milli.Az


Etiketlər:  Avropa ölkələri Belarusa da sanksiya tətbiq edilməsini təklif edir


RƏYLƏR