Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Apple” şirkət əməkdaşını “TikTok” videosuna görə işdən çıxarıb - FOTO

“Apple” şirkət əməkdaşını “TikTok” videosuna görə işdən çıxarıb - FOTO

Tarix: 15 Oktyabr 2022 12:34

"Apple" əməkdaşı Nayla Bunu "TikTok" videosu yayıldıqdan sonra işdən çıxarıb. O, bu videonu İT korporasiyasındakı ilk iş günündə çəkib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunun videosu motivasiya xarakteri daşıyıb. Qadın digər afroamerikalı qadınlara onların da İT sahəsində karyera qura biləcəklərini göstərmək istədiyini söyləyib. Bir neçə gün ərzində klip 400 mindən çox baxış və yüzlərlə şərh toplayıb.

"Apple"dan bildirilib ki, Bunun işdən uzaqlaşdırılmasına videonun şirkətin ofisinin divarları arasında çəkilməsi səbəb olub. Belə ki, İT nəhəngi əmək müqaviləsi şərtlərində bunu qəti şəkildə qadağan edir.

Milli.Az


Etiketlər:  Apple şirkət əməkdaşını TikTok videosuna görə işdən çıxarıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ