Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2022 18:32
Xəzər dənizində balıq ehtiyatları əvvəlki qədər deyil. Bəzi balıqların sayı kəskin azalıb, bir neçə növ isə demək olar tapılmır. Bunu həm satıcılar, həm də uzun illərdir xəzər dənizində balıq ovu ilə məşğul olan şəxslər deyirlər. Balıqçı Yaşar Mirzəyev də Xəzərdə bəzi balıqların azaldığını bildirib.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, alıcılar da bazarlarda Xəzər balığının olmamasından gileylənirlər. Onlar deyirlər ki, illərdir ləzzətlə yedikləri bu balıqlar indi yoxa çıxıb. Məhdud sayda tapmaq olur ki, onların da qiyməti 2,3 dəfə artıb.
20 ildən artıqdır balıq satışı ilə məşğul olan İlkin Novruzov deyir ki, son 2 ildə Xəzər dənizindən məhsul gəlişi azalıb. Bu isə həm qiymət artımına səbəb olub, həm də xaricdən balıq idxalını kəskin artırıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı mərkəzinin direktoru, biologiya elmləri doktoru Mehman Axundov da Xəzər dənizində balıq növlərinin son 4 ildə azaldığını bildirib. Mərkəz direktoru deyib ki, azalma iqlim dəyişikliyi ilə əlaqədardır. Rusiya, İran və digər Xəzəryanı ərazilərdə də eyni vəziyyət hökm sürür.